16:21 - 4.12.2019
4 dekabr, Fineko/abc.az. Gürcüstana səfər edən azərbaycanlı ziyarətçilərin sayı 7 faiz artıb.
ABC.AZ xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 milyon 404 min 28 nəfər təşkil edib. Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatında bildirilir ki, illik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92 min 121 nəfər və ya 7 faiz artıb.
Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstana gedən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1 milyon 406 min 255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1 milyon 230 min 834 nəfərlə Ermənistandır. Təkcə noyabr ayında isə Gürcüstana Azərbaycandan 114 min 657 insan gedib ki, bu da ötən ilin eyni göstəricisindən 8 min 552 nəfər, yaxud 8,1 faiz çoxdur.
Qeyd edək ki, Gürcüstana bu ilin 11 ayında 8 milyon 690 min 352 nəfər, yalnız noyabr ayında isə 670 min 122 nəfər turist səfər edib.
Müəllif: Elmir Murad
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026