14:12 - 4.12.2019
4 dekabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dekabrın 11-də Şirvan şəhərində Şirvan və Hacıqabuldan olan vətəndaşları, dekabrın 13-də “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədəABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd olunur ki, vətəndaşlar qəbul üçün Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026