11:26 - 6.09.2019
6 sentyabr, Fineko/abc.az. Sentyabrın 12-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirəcək.
Bu barədə KOBİA məlumat verir.
Tədbir çərçivəsində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) tərəfindən mövzu üzrə təqdimat keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
Təlimdə iştirak üçün müvafiq məlumatları mövzu yerinə “Maliyyə hesabatları və təhlili” təlimi yazmaqla agentliyin “training@smb.gov.az” e-mail ünvanına göndərmələri xahiş olunur.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026