12:17 - 3.09.2019
3 sentyabr, Fineko/abc.az. Sentyabr 26–27-də Rusiya Federasiyasının Ufa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin kiçik biznes üzrə 5-ci Forumu keçiriləcək.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verir.
Bildirilir ki, tədbir çərçivəsində kiçik biznesin inkişafı mövzusunda plenar iclas, işgüzar dairələrin nümayəndələri arasında görüşlər, turizm, innovasiyalar, logistika sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.
Forumda iştirak etməkdə maraqlı olanlara ətraflı məlumat üçün telefon: (+994 12) 404-04-01, əlaqələndirici şəxs Firuzə Qardaşxanova, e-mail: firuza.gardashkhanova@smb.gov.az) və tədbirin Ufa şəhəri üzrə əlaqələndiricisinə müraciət edə bilərlər (telefon: +7(347) 276-30-36, e-mail: office@tpprb.ru , sayt: http://sco-brics.ru/ru).
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026