16:32 - 25.04.2019
25 aprel, Fineko/abc.az. 25 aprel 2019-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin üçüncü tranş üzrə buraxılan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
29 aprel 2019-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1. 000. 000 mln AZN həcmində istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.
Yeni tranşla buraxılan istiqrazlar üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində, ikinci tranş üzrə buraxılan qiymətli kağızları 3 dekabr 2018-ci ildə BFB-də ticarətə buraxılmışdır.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.
| № | Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri |
Q/k-ın hərrac qiyməti |
| 1 | AZ2004020601 | Faizli təmin edilməmiş | 1 000 (ədəd) |
29.04.2019 | 1000 AZN |
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026