16:58 - 6.03.2019
6 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
Bakı Fond Birjasının xəbərinə əsasən, martın 6-da AMB 50101073S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 673,953,000.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət 99,4388 AZN (7.26%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 3 aprel 2019-cu il.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026