Azərbaycan nefti 100 dollar həddini aşaraq bahalaşıb

10:29 - 12.11.2026


12 Noyabr, Fineko/abcnews. Dünya birjalarında Azərbaycanın "Azeri Light" markalı xam neftinin qiyməti yenidən yüksələrək 100 dollar  həddini keçib.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,23 dollar və ya 1,24% artaraq 100,63 dollar təşkil edib. Xatırladaq ki, əvvəlki hərracların yekununa görə Azərbaycan nefti 99,40 dollara satılırdı.

Qeyd edək ki, "Azeri Light" neftinin tarix ərzində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınıb.