ABŞ-da neft yataqlarının ilk operatoru olan Azərbaycan şirkəti bu oldu

10:36 - 5.11.2026


5 noyabr, Fineko/abc.az. Azərbaycanın özəl neft-qaz sektoru təmsilçisi “GL Group” da beynəlxalq bazarlarda genişlənməsini sürətləndirib.

Şirkət 2026-cı ilin iyulunda ABŞ-ın Texas ştatındakı Permian hövzəsində 200-dən çox fəaliyyətdə olan hasilat quyusunu əhatə edən dörd neft-qaz yatağını satın alaraq ABŞ-da hasilat aktivlərini birbaşa idarə edən ilk Azərbaycan şirkətlər qrupu olub.

Qrup bundan əvvəl, 2024-cü ilin oktyabrında Kanadanın “Gazelle Energy Limited” şirkətində 25%-lik pay əldə edərək Türkiyənin Trakya hövzəsində 145 kvadratkilometrlik qaz kəşfiyyatı və hasilatı layihəsinə daxil olmuşdu.