14:28 - 20.10.2026
20 oktyabr, Fineko/abc.az. Azərbaycan və Gürcüstan arasında yerüstü teleradio yayımı və mobil rabitə xidmətləri üzrə radiotezliklərin koordinasiyasına dair protokol imzalanıb.
Dövlət Radiotezliklər İdarəsindən (DRİ) bildirikib ki, imzalanma Şəki şəhərində iki ölkənin Rabitə Administrasiyalarının nümayəndələri arasındakı koordinasiya görüşündə baş tutub.
Bildirilib ki, digər aidiyyəti qurumlarla yanaşı, DRİ-nin mütəxəssislərinin də iştirak etdikləri görüşdə mobil rabitə şəbəkələrində, televiziya və radio yayımlarında istifadə olunan radiotezliklərin koordinasiyası ilə bağlı texniki məsələlər müzakirə edilib.
Eyni zamanda sərhədyanı ərazilərdə birgə radiomonitorinq tədbirləri həyata keçirilib. Tərəflər qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026