15:25 - 13.12.2018
13 dekabr, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə fermerlərə güzəştli şərtlərlə kredit vermək niyyətindədir.
Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyevin sözlərinə görə, ilin sonunadək dövlət xidməti xətti ilə 10 milyon manat məbləğində kredit ayrılması planlaşdırılır.
“Dövlət xidmətləri vasitəsilə kreditlərin maliyyələşdirilməsi may ayında başlamışdır. 2019-cu ildə isə kənd təsərrüfatı kreditlərinin verilməsi davam etdiriləcək və biz fermerlərə daha 10 milyon manat həcmində kredit verməyi planlaşdırırıq ki, bu da həmçinin kreditlərin cari ildə qaytarılması ilə təmin olunacaq”, - deyə M. Əliyev bildirib.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026