15:02 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Bank olmayan kredi təşkilatı (BOKT) “Pro Kredit” ASC-nin 2025-cı il üzrə maliyyə vəziyyəti məlum olub.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının əməliyyat gəlirləri 938 min manat, əməliyyat xərcləri 95 min manat olub.
2024-cü illə müqayisədə əməliyyat gəlirləri 19,4%, əməliyyat xərcləri 38% artıb.
Hesabat dövründə BOKT “Pro Kredit”in əmək haqqı xərcləri 154 min (41 min manat / 36,3% çox), inzibati xərcləri 94 min manat (82 min manat / 7,6 dəfə çox), digər əməliyyat xərcləri 172 min manat (10 min manat / 6,1% çox) olub.
Xərclərin artması nəticəsinlə BOKT-un əməliyyat mənfəəti 409 min manat olub. Bu məbləğin 313 min manatı ehtiyatlara ayrılıb, nəticədə vergidən əvvəlki mənfəət 96 min manat olub. Bu, 2024-cü ildəki 106 min manatdan 8,5% azdır.
(BOKT) “Pro Kredit” ötən ilin sonuna 19 min manat mənfəət vergisi ödəyib və 2025-ci ili ili 77 min manat xalis mənfəətlə bağlayıb. 2024-cü illə müqayisədə xalis mənfəət azalıb, belə ki, əvvəlki il mənfəət 105 min manat olmuşdu.
2025-ci ilin sonunda (BOKT) “Pro Kredit”in aktivləri 3 milyon 206 min manat təşkil edib. Bu, illik müqayisədə 5%) çoxdur. Şirkətin kredit portfeli 3 milyon 692 min manata bərabərdir, amma kreditlər üzrə xüsusi ehtiyat fonduna ayırmalar 1 milyon 239 min manat ayrılıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026