14:44 - 14.04.2026
14 aprel, Fineko/abc.az. 2025-ci il ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 12 faiz (19 milyon manat) azalaraq 135 milyon manat olub.
Bu barədə ABC.AZ Mərkəzi Bankın illik "Maliyyə Sabitliyi Hesabatı"na istinadla xəbər verir ki, ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8,4 faiz təşkil edib.
Qeyd olunur ki, ötürülən təkrarsığorta haqlarının 4,7 faizi (6,3 milyon manat) həyat sığorta sinifləri, 95,3 faizi isə (128,8 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşür.
Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0,97 faizi, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 15,1 faizi təşkil edib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026