15:23 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 58 milyard 173,391 milyon manat təşkil edib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə azalaraq 26 785 olub.
BFB-nin dövriyyəsinin 80,5 %-i, yaxud 46 milyard 818,221 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 16,1 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 57 % artaraq 9 milyard 153,04 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,5 % artaraq 2 milyard 202,13 milyon manat olub.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026