17:04 - 15.10.2018
15 oktyabr, Fineko/abc.az. Azərbaycanda orta aylıq pensiya 8,4% artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2018-ci il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda pensiyaçıların sayı 1,309 milyon nəfər təşkil edib.
“2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz və ya 186,9 milyon manat çox vəsait yönəldilib”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, pensiya alanlar Azərbaycan əhalisinin 13,2%-ni təşkil edir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026