10:27 - 3.10.2018
3 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,16 dollar (1,35%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 87,10 dollar təşkil edir.
“NYMEX” birjasında “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti 2 oktyabr tarixində keçirilən ticarətin nəticəsində 0,07 dollar (0,09%) enərək bir barelə 75,23 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti 2 oktyabr tarixində keçirilən ticarətin nəticəsində 0,18 dollar (0,21%) enərək bir barelə 84,80 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 9,57 dollar təşkil edir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026