12:18 - 21.08.2018
21 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar (0,03%) cüzi enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,43 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 20 avqust tarixli ticarətin nəticəsində 0,52 dollar (0,79%) yüksələrək bir barelə 66,43 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 20 avqust tarixli ticarətin nəticəsində 0,38 dollar (0,53%) yüksələrək bir barelə 72,21 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 17 avqust tarixli ticarətin nəticəsində 5,78 dollar/barelə təşkil edir.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026