15:17 - 5.10.2023
5 oktyabr, Fineko/abc.az. “Twitter”in maliyyə durumunun ürəkaçan olmadığı üzə çıxıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki,İlon Maskın 44 milyard dollara alaraq rebrendinq etdiyi və adını X adlandırdığı “Twitter”ə ümidlər getdikcə azalmağa doğru gedir.
Platformanın maliyyə durumunun azalmasına səbəb kimi, isə reklamçıların reklamlarını geri çəkməsi göstərilir.
Belə ki, bir neçə ay əvvəl şirkətin CEO-su olan Linda Yaccarino X üçün resurslar təmin etməyə başlayıb.
“Reuters” isə bu günə qədər paylaşılan bütün məlumatlar əsasında hesablama aparıb. Hesablamaya görə, X-in indiki dəyəri cəmi 8 milyard dollardır.
Bu rəqəm İlon Maskın ödədiyindən xeyli aşağıdır. Bundan əlavə, şirkətin borcunun 13 milyard dollar olduğu artıq məlumdur. Buradan X-in cari dəyərinin İlon Maskın borcundan belə aşağı olduğu qənaətinə gəlirik.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026