15:20 - 6.07.2018
6 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsi ilə Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyildiyi kimi, iyulun 10-da 35 milyon manat həcmində, hər birinin nominal dəyəri 100 manat olan DOİ-in satışı üzrə hərrac keçiriləcək.
“İstiqrazların tədavül müddəti 728 gün, faiz gəliri 8% təşkil edəcək. Yerləşmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edir”, - birjanın məlumatında belə deyilir.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026