16:58 - 26.10.2017
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi BMT-nin Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir.
Nazirliyin məlumatında deyilir ki, müsabiqə çərçivəsində iqtisadiyyat, cəmiyyət, ekologiya sahələrində layihələr qəbul edilir.
“Müsabiqə şərtlərinə əsasən, layihələr texniki-iqtisadi əsaslandırma, innovativ perspektiv, sahələr üzrə prioritetlik, iqtisadi effektivlik, həmçinin reallaşdırma imkanına malik olmalıdır”, - məlumatda belə deyilmişdir.
Həmçinin bildirilir ki, layihələr, 5 dekabr 2017-ci il tarixinə qədər, İqtisadiyyat Nazirliyində, Bakı, Üzeyir Hacıbəyov küçəsi, 84 ünvanında və ya narmin.babayeva@economy.gov.az , vusal.qarayev@economy.gov.az elektron ünvanlarında qəbul edilir.
Müsabiqənin qalibləri 1-ci yer üçün 3 min manat, 2-ci yer üçün 2 min manat və 3-cü yer üçün 1 min manatla mükafatlandırılacaqlar.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026