17:29 - 23.02.2023
23 fevral, Fineko/abc.az. Hazırda 32 rayonda 239.3 min hektar ərazidə layihə dəyəri 2.4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir və onlardan 44-ü artıq fəaliyyət göstərir.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib.
Nazir müavini bildirib ki, bu aqroparklarda 5 min nəfərədək daimi işçi var. "5500-dən çox insan isə mövsümi işlərə cəlb olunur. Ümumilikdə 10 minə yaxın insanın daimi işlə təmin olunacağı nəzərdə tutulur”, – deyə nazir müavini əlavə edib.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026