17:31 - 21.02.2023
21 fevral, Fineko/abc.az. Bildiyiniz kimi, 2022-ci ildə Azərbacanda orta aylıq əmək haqqı 107 manat və ya 147% artaraq ilin sonunda 839 manat təşkli edib.
ABC.AZ xatırladır ki, 2021-ci ilin sonunda ölkədə orta aylıq əmək haqqı 732 manatdır.
İqtisadiyyatın ayrı-ayrı sahələrində maaş artımı fərqli olub.
Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə əmək haqlarının ən çox artdığı sahə dövlət idarəetməsi və müdafiə, eləcə də sosial təminat sahəsidir. Bu sahədə orta aylıq əmək haqqı 230 manat və ya 23% artaran 985 manatdan 1214 manata yüksəlib.
Maaşların artım sürətinə görə, ikinci yeri həmkilər tutur – 2022-ci ildə səhiyyə sektorunda maaşlar 22% və ya 127 manat artaraq 568 manatdan təqribən 700 manata yüksəlib. Amma bu artımdan sonra da həkimlər hələlik ölkədə ən aşağı maaş alan təbəqələrdən sayılır.
2022-ci ildə təhsil, istirahət, əyləncə və incəsənət sahələrində maaşlar 19-20% artıb. Təhsil – həmişəki kimi orta aylıq maaşı ölkədə ən aşağı olan sahələrdəndir. Ötən il bu sahədə maaşlar cəmi 104 manat artaraq 530 manatdan 630 manata yüksəlib.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026