12:04 - 21.02.2023
21 fevral, Fineko/abc.az. 2022-ci il ərzində Azərbaycanda 12 minə yaxın iş yeri bağlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində 11 900 iş yeri ləğv edilib.
Komitə bildirir ki, iş yerlərinin bağlanması həm müəssisə və təşkilatların ləğv edilməsi, həm də aparılan ixtisarlara bağlıdır.
Bu dövrdə bağlanan iş yerlərinin 39,3 faizi dövlət sektorunun payına düşmüşdür. Başqa sözlə, dövlət sektorunda 4680 iş yeri ixtisar edilib.
Özəl sektorda isə 7200-dən çox iş yeri ləğv edilib.
Komitə bildirir ki, iş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Müəllif: Elmir Murad
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026