14:13 - 17.01.2023
17 yanvar, Fineko/abc.az. Xocavənd xəstəxanasında dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.
Bu barədə ABC.AZ-a rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Publik Hüquqi Şəxsin (PHŞ)-nin vəzifəli şəxslərinin 2020-2022-ci illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026