11:10 - 16.01.2023
16 yanvar, Fineko/abc.az. Almaniyanın "Volkswagen AG" avtomobil konserninin keçmiş baş direktoru Karl Horst Han 96 yaşında vəfat edib.
ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Karl Han Xeyriyyə Fondunun nümayəndəsinə istinadən bildirib.
K.Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda dünyasını dəyişib. Vida mərasimi yanvarın 24-nə təyin edilib.
Agentlik qeyd edib ki, "Volkswagen"in keçmiş rəhbərinin marketinq bacarıqları sayəsində "Käfer" (“Böcək”) avtomobili tarixdə ən çox satılan model oldu: 1945-ci ildən 2003-cü ilə qədər 21,5 milyon nüsxədən çox istehsal edilib.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026