12:13 - 13.06.2018
13 iyun, Fineko/abc.az. Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyə yeni düzəlişlər hazırlayır.
DGK-in hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarovun sözlərinə görə, düzəlişlər gömrük prosedurlarının sadələşdirilməsini və gömrük orqanlarının potensialının artırılmasını nəzərdə tutur.
“Təkliflər hələ ki müzakirə mərhələsindədir və sistemləşdirməni təmin etdikdən sonra bu təkliflər rəhbərliyə göndəriləcək”, - S.Muxtarov belə deyib.
Onun sözlərinə görə, gömrük prosedurlarının sadələşdirilməsi gömrük bəyannaməsinin tərtib edilməsi zamanı tələb olunan sənədlərin minimuma endirilməsinə kömək edəcək.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026