17:29 - 29.12.2022
29 dekabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanvarın 24-də, 27-də və 31-də keçirəcəyi hərraclara ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq.
Bu barədə ABC.AZ-a qurumdan bildirilib.
Məlumata görə, onlardan 5-i səhmdar cəmiyyətlərinin səhm paketləri, 10-u kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
1-ci hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı ilkin start qiyməti 1 300 manat, ən yuxarı ilkin qiyməti isə 102 500 manatdır.
2-ci hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
3-cü hərraca isə müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılacaq.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026