14:25 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. "Avto sığorta ilə bağlı yeni qaydaların tətbiqini düşünürük. Sığorta şirkəti icbari avto sığorta ilə bağlı icazə alarkən müəyyən tələblərə cavab verməlidir. Sığortalı şəhadətnamənin alınması ilə bağlı onlayn müraciət imkanına tam malik olmalı və vətəndaşa onlayn şəhadətnamə almaq imkanı yaradılmalıdır".
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib.
Onun sözlərinə görə, bununla bağlı tələblər müəyyən ediləcək: "Bu tələbləri müəyyən etdikdən sonra artıq sığortalı avtomobil sahibi öz evində, öz ofisində istənilən yerdə onlayn qaydada, istədiyi sığortaçıdan şəhadətnamə ala biləcək".
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026