10:47 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. “A-Təchizat” MMC iştirakçıların ümumi yığıncağının qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu elan edir.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 350A ünvanına bildirə bilərlər.
“Sun Food” MMC “A-Təchizat” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Xatırladaq ki, “A-Təchizat” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 milyon manatdır və qanuni təmsilçisi Rasət Hüseynovdur.
“Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC isə 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 110 125 020 manatdır və qanuni təmsilçisi İrfan Yılmazdır.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026