15:48 - 13.10.2022
13 oktyabr, Fineko/abc.az. "Akkord” şirkətinə daxil olan "Körpü Tunel Tikinti” MMC-nin dövlət vergi xidmətinə borcunun yenidən artığı məlum olub.
ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına məlumat yer alıb.
Məlumata əsasən, "Körpü Tunel Tikinti” MMC hazırda vergi borcu 1 milyon 858 min 808 manatdır. Qeyd edək ki, şirkətin 06.02.2022-ci il tarixinə olan məlumata görə vergi borcu 358 258 manat olub.
Xatırladaq ki, "Körpü Tunel Tikinti” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 179 108 manatdır və qanuni təmsilçisi Javad Talıbovidir.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026