11:56 - 5.10.2022
5 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə ABC.AZ-a nazirlikdən bildirilib. Məlumata görə, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.
Nəqliyyat vasitələrinin hərracına isə maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb.
Onlar əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013-cü illər arasında dəyişir.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sKmjK)
Növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək.
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026