16:11 - 12.08.2022
12 avqust, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılması üçün fermerlərə müraciət edib.
ABC.AZ Nazirliyə istinadla xəbər verir ki, ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.
Belə ki, sahəsi 50 hektardan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və yaxud qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün nazirliyə müraciət edə bilərlər.
Proqrama qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini dolduraraq web.torpag@agro.gov.az e-mail ünvanına göndərməlidirlər.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026